Türkiyə 8 milyard dollar itirdi

2-08-2020, 10:19           
Türkiyə 8 milyard dollar itirdi
Koronavirus pandemiyası ilə əlaqədar Türkiyənin ən böyük gəlir mənbəyi olan turizm sektoru çöküb.

Publika.az xəbər verir ki, keçən ilin təkcə iyun ayında 12 milyon 600 min turisti qəbul edən ökəyə bu il cəmi 260 min turist gəlib.

Türkiyənin Antalya bölgəsindən olan millət vəkili Çetin Osman Budak bidirib ki, pandemiya səbəbindən turizm sektoru azı 8 milyard dollar gəlirdən məhrum olub.

O əlavə edib ki, keçən il Türkiyəyə gələn turistlər ölkədə 34,5 milyard dollardan çox pul xərcəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.