20 yanvar kütləvi qətliamı niyə baş verdi ?

20-01-2025, 16:56           
20 yanvar kütləvi qətliamı niyə baş verdi ?
“İzvestiya” qəzetinin müxbiri Sovet qoşunlarının nə məqsədlə Bakıya girdiyini SSRİ Müdafiə naziri Dmitri Yazovdan soruşduqda, o, cavab vermişdi ki, qoşun şəhərə Azərbaycan Xalq Cəbhəsinin mövcud strukturlarını dağıtmaq üçün daxil olub.

Qeyd edək ki, bu kütləvi qətliamın təşkilatçısı birbaşa SSRİ rəhbərliyi olub. Bakıya daxil olma qərarı M. Qorbaçovun otağında verilib. 1990-cı il yanvarın 20-də Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Sergey Bakatin və Nikolay Rıjkov iştirak edib. Yazov ordunun yeridilməsi üçün rəsmi fərman tələb etdi. Qorbaçov köməkçisi Medvedyevə ordunun şəhərə daxil olması barədə fərmanın mətnini hazırlamağı və gecə yarısı KİV-də dərc etməyi tapşırdı. Bu sözləri SSRİ-nin Baş naziri olmuş Nikolay Rıjkov “İzvestiya” qəzetinə 2014-cü ilin sentyabr ayının 26-da verdiyi müsahibədə bildirib.
Ceyhun Nabi
TEREF
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru