Türkiyədə 3 iranlının mədə və bağırsaqlarından 91 paket narkotik çıxdı

20-01-2025, 17:14           
Türkiyədə 3 iranlının mədə və bağırsaqlarından 91 paket narkotik çıxdı
Türkiyənin Bitlis vilayətində sərnişin avtobusunda saxlanılan 3 iranlı şübhəlinin mədə və bağırsaqlarında narkotik vasitə gəzdirdiyi müəyyən edilib.

"Haber Global" xəbər verir ki, şübhəlilərin daxili orqanlarından 91 paketdə 1 kilo 126 qram metamfetamin çıxarılıb.

Hər üç şəxs tibbi əməliyyatdan sonra həbs olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.