İki dövlər arasında həmişə səmimi döstluq münasibətləri olub

Bu gün, 15:42           
İki dövlər arasında həmişə səmimi döstluq münasibətləri olub
Azərbaycanla Gürcüstan arasında həmişə səmimi dostluq əlaqələri olub. Müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da genişləndirilib.
Bu gün Gürcüstanı sərmayə qoyan ölkələrdən biri məhz Azərbaycandır. Bu bizim dostluğumuzun simvoludur. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.
İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. SOCAR tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirilir, yeni layihələr hazırlanır. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr regional əməkdaşlıqğın uğurlu nümunəsi olaraq qalmaqdadır. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət etir və bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib. Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb.
Hazırda nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər artmaqdadır. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixrac artır. Keçən il bu, 25 milyard kubmetr olmuşdur. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Gürcüstan və Azərbaycanın iqtisadi əməkdaşlığı bütün sahələrində müsbət dinamikaya malikdir. Bakıda keçirilən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasında bu məsələlər müzakirə edilib. Komissiyanın iclasında qeyd edilib ki, artım və optimallaşdırma baxımından böyük perspektivləri olan mühüm ümumi enerji layihələri, eləcə də bərpaolunan enerjilər istiqamətində əməkdaşlığın mühüm perspektivi vardır.
Hər iki dövlət bərpaolunan enerji layihəsində birgə iştirak edir. Bu, Azərbaycan və Gürcüstanın çoxillik əməkdaşlığının yeni strateji istiqamətini müəyyən edən Yaşıl Cənubi Qafqaz Dəhlizinin tikintisidir. Burada da mühüm irəliləyiş və artım olacaq. Hər iki ölkə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində fəal işləyir və həm Gürcüstan, həm də Azərbaycanın real rəqəmsal mərkəzə çevrilmək üçün böyük potensialı var.
Qeyd edilib ki, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə birbaşa investisiyalar baxımından təxminən 3,6 milyard ABŞ dolları sərmayə yatırılıb.
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb və görüşdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında ölkəmizin başçısı bildirib ki, “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır”.
“Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”, - deyə dövlətimizin başçısı iqtisadi sahədə də yaxşı nəticələrin olduğunu vurğulayıb.
Birgə bəyanat zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Partiyasının qələbəsinin bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayan Baş nazir qeyd edib: “Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
Baş nazir həmçinin qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir.
“Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, - deyə Baş nazir vurğulayıb.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.