Bayden Trampın hədələdiyi insanları əfv etdi

Bu gün, 00:07           
Bayden Trampın hədələdiyi insanları əfv etdi
ABŞ Prezidenti postunu tərk etməkdə olan Cozef Bayden prezidentliyinin son saatlarında xələfi Donald Tramp tərəfindən cinayət ittihamı ilə təhdid edilən bir sıra adamları əfv edib.

TNS xəbər verir ki, bu barədə Bayden administrasiyasının bəyanatında deyilir.

Əfv olunanlar arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milli, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, həmçinin 2021-ci ilin əvvəlində Kapitoliya hücumunu araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsinin üzvləri və bu iş üzrə ifadə verən Kapitolinin və Kolumbiya dairəsinin polis əməkdaşları var.

Qeyd edək ki, daha əvvəl jurnalistlərə müsahibəsində Tramp “daxili düşmənləri” təqib etmək niyyətində olduğunu bəyan etmişdi. Daha sonra o, bəzi demokrat siyasətçiləri də bu kateqoriyaya aid etdiyini söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.