"Amlı" yenə Azərbaycana qarşı tədbir keçirib

21-01-2025, 00:04           
"Amlı" yenə Azərbaycana qarşı tədbir keçirib
Əli Xaməeinin Ərdəbil əyalətindəki nümayəndəsivə şəhərin cümə imamı Həsən Amulinin təşəbbüsü ilə yanvarın 19-da "Dünya Müsəlman Azərilər Günü" tədbiri keçirilib.
Həsən Amulinin 10 il əvvəl başlatdığı "Dünya Müsəlman Azərilər Günü" tədbiri bu il “Din, Dil, Torpaq” şüarı altında Ərdəbilin Şeyx Səfi Kompleksinin Xətayi zalında baş tutub.
Xaməneinin nümayəndəsi tədbirdə çıxış edərək 1990-cı il yanvarın 20-də Azərbaycan Sovet Sosialist Respublikasında baş verən faciəyə toxunaraq, 19 yanvar gününü ‘azərilərin’ İran kimliyinin tamamən aşkar olunduğunu” iddia edib.
Xatırladaq ki, bundan əvvəl dekabrın 29-da Həsən Amulinin təşəbbüsü ilə Ərdəbildə daha bir anti-Azərbaycan tədbiri keçirilib və bu tədbirdə Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin Prezidentlərinə qarşı ədəbsiz ifadələr işlədilib.
Famil Hüseynli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru