Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir

Bu gün, 15:43           
Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir
Son aylarda cəmi bir zənglə insanların kart hesabından pulların oğurlanması halları artmaqdadır. Görünən odur ki, bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanlar bəzən özləri də bilmədən belə dələduzların toruna düşürlər. Maraqlısı odur ki, bu şəxslər əsasən orta yaşlı nəslin nümayəndələrini daha çox tora sala bilirlər.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, müavinət və ya pensiya kartlarında olan son qəpikləri də həmin işbazların tələsi ilə əldən çıxır. Əsasən xaricdə müəyyən ünvanlarda bu üsulla cinayət törədənlər elə pulları da xarici hesablara köçürürlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, belə şəxslərə qarşı qabaqcıl ölkələrdə xüsusi mübarizə üsulları var. Ekspert təklif edir ki, xüsusilə əməkhaqqı, müavinət və pensiya kartlarından xaricə pul köçürmələr dayandırılmalıdır.

Ekspert deyir ki, zəng edən şəxsin kimliyindən, özünü necə təqdim etməyindən asılı olmayaraq, kart məlumatları sahibinin özündə saxlanmalıdır.

Rəşad Əliyev bildirir ki, həmçinin banklar müştərilərini tora düşməmək üçün maarifləndirməli və bunun üçün xüsusi proqramlar hazırlamalıdır.

Ekspertin sözlərinə görə, bu üsullar sosial mühəndislik adlanır. Mobil nömrələrlə zəng edib özlərini bank əməkdaşı kimi təqdim etmək də bu modellərdən biridir. Dələduzlar insanın psixoloji zəifliyini taparaq pul qopartmağa çalışırlar.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.