Ərdoğan Putinə məktub yazdı

14-06-2016, 17:25           

Türkiyə prezidenti Ərdoğan Putinə məktub yazdı. Rusiyanın milli dövlət bayramı münasibəti ilə yazılan məktubda “Türk xalqı adına rus xalqının Rusiya gününü təbrik edirəm. Ayrıca, Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxın gələcəkdə haqq etdiyi səviyyəyə gələ biləcəyini ümid edirəm” cümləsinə yer verildi.

Ərdoğanın bu addımının ötən ilin oktyabr ayında baş verən təyyarə problemindən sonra korlanan münasibətlərin düzəlməsi üçün atılan ilk ən üst səviyyəli addım sayılır.

Baş nazir Binalı Yıldırım da həmkarı Dmitri Medvedevə məktub göndərərək, təbrik etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.