Ərdoğanın təyyarəsini havada vurmaq istəyiblər, amma… – İLGİNC SƏBƏB

16-08-2016, 08:05           
Ərdoğanın təyyarəsini havada vurmaq istəyiblər, amma… – İLGİNC SƏBƏB
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi zamanı əsgər uniformalı fətullahçı terrorçuların prezident Tayyib Ərdoğanı aparan təyyarəni niyə tapa bilmədikləri açıqlanıb. Avropa.info xəbər verir ki, Türk Hava Qurumunun rəhbəri Kürşat Atılgan TRT-nin canlı yayımında qatıldığı bir proqramda bu məsələyə aydınlıq gətirib.
Atılgan havadakı hər təyyarənin “hava rəsminin” olduğunu və ” hava rəsmi” sayəsində bağlandığı koda görə, göydəki o cismin nə olduğunun məlum edildiyini deyib. “Bu “hava şəkli” sayəsində siz hansı təyyarənin harada olduğunu bilərsiniz. Türkiyənin “hava şəkli”ni Əskişəhər hava hərəkat mərkəzi çıxarır və bu “hava şəklini” hərbi birliklərə göndərir. Məhz Hava Qüvvələri Komandanlığının verdiyi əmrlərdən biri “hava şəklini” heç bir hərbi hissəyə göndərməyin əmri idi. Çox kritik bir əmr idi bu. “Hava şəkli” göndərilməyəndən sonra, çevrilişçilər çətin vəziyyətdə qaldı. Çünki, onlar “hava şəklini” əldə etsəydilər prezidentin təyyarəsini vurmaq üçün səy göstərəcəkdilər. Bu çox əhəmiyyətli bir detaldır” deyə Atılgan qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.