Türkiyə parlamentində həyəcan siqnalı - Polis parlamentin qapılarını bağladı və...
16-08-2016, 16:29
Bu dəqiqələrdə təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin qapılarının girişləri bağlanılıb.
Avropa.info xəbər verir ki, baş nazir Binalı Yıldırım AKP-nin qrup toplantısında danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.
Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir.
Bu qrupun parlamentdəki HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir.