Fətullahçı zəngin generalın malı müsadirə edilib
17-08-2016, 19:12
Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdiylə bağlı istintaq çərçivəsində həbs olunan və Türk Silahlı Qüvvələrindən (TSK) xaric edilən sabiq Baş qərargah Personal Başçısı General-leytenant İlhan Talunun adına Ankarada qeydə alınan Ankara Gölbaşı İncek Məhəlləsində 17 mərtəbəli 10, 18 mərtəbəli 3, 25 mərtəbəli 5 dəmir-beton ev və torpaq sahəsi olduğu müəyyən olunub.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Maliyyə Cinayətləri Araşdırma heyəti (MASAK), Ankara Baş Prokurorluğunun tələbi üzərinə Talunun əmlakıyla bağlı hesabat hazırlayıb.
Baş prokurorluğa göndərilən hesabatda bildirilib ki, Sənəd və kadastr Ümumi Müdirliyi Bazası (TAKBİS) qeydlərinə görə, Talunun adına qeydli evlər və torpaq sahələrinin “özəlləşdirmə tarixi” 4 Avqust 2015-ci il göstərilib.Talunun üzərinə qeydli, xarici ölkə istehsalı olan 2014-cü il modelli bir avtomobil ilə müxtəlif banklarda 21 ayrı-ayrı hesablarda Türk Lirəsi, ABŞ dolları, avro və Yapon iyeni hesabı olduğu təsbit edildi. Ancaq onun nə qədər pulu olduğuna dair məlumat verilməyib.
Hesabatda ayrıca, Türkiyə Vəqflər Bankı Sancak şöbəsi üzərində Talunun həyat yoldaşının vəkalətlə əməliyyat aparma səlahiyyəti olduğu da qeyd edilib.