"Qalatasaray"ın 4 keçmiş oyunçusu haqda yaxalama qərarı çıxarılıb

24-08-2016, 21:36           
"Qalatasaray"ın 4 keçmiş oyunçusu haqda yaxalama qərarı çıxarılıb
Türkiyədə Fətullahçı Terror Təşkilatı ilə əlaqəsi olan keçmiş futbolçular barəsində saxlanma qərarı seçilib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, FETÖ ilə bağlı başladılan cinayət işi çərçivəsində həmin təşkilata üzv olmaqda şübhəli bilinən sabiq futbolçular – Hakan Şükür, Arif ƏrdƏm, İsmayil Dəmiriz və Uğur Tütünəkər barəsində saxlanma qərarı çıxarılıb. Onlardan İsmayıl Dəmiriz Böyükçəkmədəki evində saxlanaraq istintaq cəlb edilib.

Digər 3 futbolçunun isə ölkədən qaçdığı bildirilib.

Qeyd edək ki, adıçəkilən futbolçuların hamısı vaxtilə “Qalatasaray” forması geyinib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.