Türkiyədə “ilan uşaq” dünyaya gəldi

25-08-2016, 06:42           
Türkiyədə “ilan uşaq” dünyaya gəldi
Türkiyənin Siyirt şəhərində, milyonda bir görünən və xalq arasında “ilan uşaq” kimi adlandırılan, ixtiyozis (dəri xəstəliyi) xəstəsi olan oğlan uşağı dünyaya gəlib.

Bu şəhərdə hamilə Müzeyyen Karataş (24) sancılarının artmasına görə Siyirt Dövlət Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib. Karataş ilkin müayinədən dərhal sonra qeysəriyyə əməliyyatına aparılıb. Türkiyə mətbuatı yazır ki, qadın hamiləliyi boyunca həkim müayinəsindən keçməyib. Buna görə də həm özü, həm də həkimləri üçün bu, şok olub. Həkimlər bildiriblər ki, qohum evliliyi çox olan bölgələrdə belə xəstəlikli uşaqlar da dünyaya gəlir. Amma uşağın dərisinin normal bir insan dərisinə çevrilməsi ehtimalı aşağıdır.

Amma hər keçən gün uşağın dərisi özünü təzələyir və bu, onun yaşamaq şansını daha da artırır. Bununla belə, həkimlər bildirib ki, o, normal bir insanın bədəninə heç vaxt çevrilməyəcək. Uzun müddət normal bir dəriyə çevrilməsə də, ən azından daha az infeksiya keçirə biləcəyi bir səviyyəyə gətirilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.