PKK-nın Suriya qolu PYD/YPG-dən ittiham - "Türkiyə kəşfiyyatı komandirimizi öldürdü"
25-08-2016, 08:17
PKK-nın Suriya qolu PYD/YPG Cerablus üzrə komandirinin Türkiyə İstiqbarat Təşkilatı tərəfindən öldürüldüyünü iddia edib.
Avropa.info xəbər verir ki, terror təşkilatı YPG komandiri Abdussəttar əl Cadiri, bazar ertəsi günü kimliyi bəlli olmayan adamlar tərəfindən öldürülüb.
YPG isə Cadirinin Cadirinin MİT tərəfindən Şeykler kəndindən snayper atəşi ilə öldürüldüyünü iddia edib.
Terror təşkilatı Türkiyənin bu addımının cavabsız qalmayacağını deyib.