Qızıl qaçaqmalçılarına qarşı İstanbul aeroportunda daha br əməliyyat keçirilib
Bu gün, 09:24
Deməli, dünən İstanbulda Azərbaycanın ABŞ-dakı keçmiş hərbi attaşesinin 70 kq qızıl yükü ilə yaxalanması yeganə əməliyyat olmayıb. Onun saxlanılması ilə paralel İstanbul aeroportunda daha br əməliyyat keçirilib. Türkiyəyə adı açıqlanmayan şəxslər tərəfindən 16 kq qızıl keçirməyə cəhd edən şəbəkə ortaya çıxarılıb. Hava limanında özünü “vəkil” kimi təqdim edən şəxs və iki mühafizəçi saxlanılıb. Təhlükəsizlik işçilərinin qaçaq yolla ölkəyə gətirilən hər 1 kiloqram qızıl müqabilində 1000 dollar aldıqları müəyyən edilib. Qaçaq malın təhvil-təslim yeri kimi aeroportun tualetlərindən istifadə olunub. Əməliyyatlar zamanı ümumilikdə 7 nəfər saxlanılıb. İstanbul İl Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi yerli mediaya qızıl qaçaqmalçılığı şəbəkəsinin ortaya çıxarıldığını açıqlayıb. İki əməliyyat arasında bağlılıq olduğu ehtimal edilir. Cavanşir Həsənli TEREF