Gülənlə bağlı yeni sənədlər üzə çıxdı - Fırıldaqçı

26-10-2016, 13:53           
Gülənlə bağlı yeni sənədlər üzə çıxdı - Fırıldaqçı
FETÖ lideri Fətullah Gülənin əmək fəaliyyəti ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Axar.az xəbər verir ki, Ankarada hazırlanan FETÖ/PDY iddianaməsində Gülənin 20 illik fəaliyyət dövründə belə saxtakarlığa yol verdiyi qeyd edilib.

O, ilk dəfə 1 avqust 1959-cu ildə əmək fəaliyyətinə başlayıb. 30 noyabr 1961-ci ilə qədər 2 il 4 ay çalışıb. 2 dekabr 1961-ci ildə yeni işə başlayan Gülən fasilələrlə 31 mart 1981-ci ilə qədər işləyib.

Sosial Sığorta Qurumunun arxivində Gülənin 2 iyun 1986-cı ildə qardaşı Saleh Gülənin mətbəəsində “işçi” kimi qeydiyyatdan keçdiyi barədə sənədlər tapılıb. Güya terrorçubaşı 1986-1990-cı illərdə bu mətbəədə sıravi işçi kimi çalışıb.

Daha sonra FETÖ lideri 1990-cı ildə təqaüd almaq üçün dövlətə müraciət edib. Müraciətində təqdim etdiyi 3 sənədin hamısı saxta olub.

Gülən ABŞ-a getdikdən sonra Türkiyədəki sığorta tarixçəsini dondurmayıb. 1999-cü ildə ABŞ-a köçən Gülən 18 oktyabr 2002-ci ildə NİL MMC-də anbardar vəzifəsində “işə başlayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.