Türk silahı NATO standartını 6 dəfə üstələdi

27-10-2016, 09:08           

GİRSAN türk silah şirkətinin mühəndisləri yeni tapança istehsal ediblər.

Axar.az xəbər verir ki, yeni tapança NATO-nun MC 28 SA silahı ilə eyni modeldədir. Ancaq türk mühəndislərinin hazırladıqları bu tapançanın meyarları NATO silahını 6 dəfə üstələyir.

Bu barədə şirkətin direktoru Yusif Nəsil məlumat verib. Onun sözlərinə görə, tapança 60 min atəş açmaq gücünə malikdir. Bu isə NATO-nun meyarlarını 6 dəfə üstələyir. Hazırda tapançanın son tamamlama işləri aparılır. Onun yeni modifikasiyaları alıcıların sorğuları nəzərə alınaraq işlənilir.

Avtomatik olaraq özü dolan tapança GİRSAN MC 28 SA xüsusi polimer çərçivəyə malikdir və təhlükəsizlik sistemi ilə təchiz edilib. Zavod direktorunun sözlərinə görə, tapançanın xüsusiyyətlərindən biri də opsional qoruyucunun mövcudluğudur. Bundan başqa, bu tapança ilə iki müxtəlif kalibrli patronla atəş açmaq mümkündür.

Qeyd edək ki, GİRSAN şirkətinin əsası 1994-cü ildə qoyulub və 2001-ci ildə özəlləşdirilib. Şirkət 40 ölkəyə öz məhsulunu ixrac edir. Bu ölkələr arasında CAR, Kolumbiya, Malayziya və Gürcüstan da var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.