Türkiyədə 5 əsgər şəhid olub

27-10-2016, 23:16           

Bu gün Türkiyədə 5 əsgər və 1 kənd qoruyucusu şəhid olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında Bingöl rayonunun Kiğı qəsəbəsində partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb, 1 əsgər şəhid olub.

Siirtin Kurtalan qəsəbəsində əsgərlərin növbədə olduğu posta ildırım düşməsi nəticəsində 1 əsgər həyatını itirib, 1 əsgər yaralanıb. Üçüncü qara xəbər Hakkari rayonunun Çukurça qəsəbəsindən gəlib. Güven dağı bölgəsində PKK terrorçularının qumbaraatanlardan açdığı atəş nəticəsində 1 əsgər şəhid olub, həmin bölgədə minaya düşən əsgər ağır yaralanıb. Döyüşdə 5 terrorçu zərərsizləşdirilib. Diyarbəkir rayonunun Hani qəsəbəsində isə PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb.

Ən son Batman rayonunda Mava dağı bölgəsində PKK terrorçuları ilə atışma zamanı əsgərlərlə birlikdə döyüşən kənd qoruyucularından biri həyatını itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.