“Qazprom” Türkiyənin təbii qazın miqdarının artırılması ilə bağlı xahişini qəbul edib

28-10-2016, 17:20           
“Qazprom” Türkiyənin təbii qazın miqdarının artırılması ilə bağlı xahişini qəbul edib
Rusiyanın “Qazprom” şirkəti Türkiyənin təbii qazın miqdarının artırılması ilə bağlı xahişini qəbul edib.

SalamNews-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətdən bildirilib.

"Türkiyə təbii qazın miqdarının 9.3 faiz artırılaraq, gündəlik 82.1 milyon kubmetrə çatdırılmasını istəyib. “Qazprom” şirkəti, daha əvvəl də olduğu kimi, bu xahişi qəbul edib. Türkiyəyə əlavə qaz veriləcək.”, - şirkətin məlumatında söylənilir.

Xəbər verdiyimiz kimi, İrandan Türkiyəyə təbii qaz nəql edən boru kəmərində bu gün partlayış baş verməsi səbəbilə qazın nəqli dayandırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.