“Ərdoğan bir daşla iki quş vurdu” – Ekonomist

29-10-2016, 21:57           
“Ərdoğan bir daşla iki quş vurdu” – Ekonomist
İngiltərənin nüfuzlu “Ekonomist” dərgisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərq siyasətini analiz edib.

Axar.az xəbər verir ki, məqalədə Ərdoğanın atdığı son addımların uğurlu taktiki gediş olduğu qeyd edilib:

“Suriyanın sərhəd qəsəbəsi Cerablus artıq iki aydır ki, Türkiyə dəstəkli Azad Suriya Ordusu (ASO) tərəfindən İŞİD-dən geri alınıb. Burada həyat yavaş-yavaş öz axarına düşür, məktəblər açılır, bölgəyə humanitar yardım başlanıb. Qonşu kəndlərdən və Türkiyədən 7.7 min qaçqın Cerablusa geri dönüb.

Ərdoğan illərdir qərbli müttəfiqlərinə səsləndi, Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması üçün kömək istədi. Ancaq indi Türkiyə prezidenti istəyinə nail olub: türk əsgəri Cerablusdan Azezə qədər geniş bir əraziyə nəzarət edir.

Ərdoğan bir daşla iki quş vurdu: İŞİD terrorçularını sərhəddən qovdu, Türkiyədəki yaşayış məntəqələrini raket hədəflərindən uzaqlaşdırdı. Eyni zamanda Suriyadakı YPG-nin şərq və qərb düşərgələrinin birləşməsinə imkan vermədi.

İndi Türkiyə və dəstəklədiyi müxalif qüvvələr cənuba enməyə hazırlaşır…”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.