Türkiyədə CHP sədrinin müavini silahlı hücum nəticəsində yaralanıb

30-10-2016, 00:00           
Türkiyədə CHP sədrinin müavini silahlı hücum nəticəsində yaralanıb
Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb. APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.