AKP-nin binasına qumbara və iriçaplı silahlarla hücum oldu –Yaralananlar var

31-10-2016, 09:03           

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.

“Anadolu” agentliyi xəbər verir ki, PKK terrorçuları binaya əldəqayırma qumbara atıb, iriçaplı silahlardan atəş açıblar.

Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb. Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.