Mustafa Tayatın oğurlanmasının təfərrüatları - Şantaj və girovgötürmənin arxasından özbək qadın çıxdı

1-11-2016, 10:08           
Mustafa Tayatın oğurlanmasının təfərrüatları - Şantaj və girovgötürmənin arxasından özbək qadın çıxdı
Azərbaycanda şirkət sahibi olan iş adamı Mustafa Tayatı İstanbulda oğurlayaraq bir villada saxlayan şəxslərə qarşı əməliyyat təşkil olunub.

Musavat.com-un məlumatına görə, əməliyyat nəticəsində 4 şübhəli saxlanılıb. İş adamını qaçıranın özbəkistanlı Muştary S. adlı qadın olduğu üzə çıxıb.

Xatırladaq ki, hadisə 14 oktyabrda baş vermişdi. Azərbaycanda geyim mağazaları şəbəkəsinin sahibi olan Mustafa Tayat bir qadının telefon zəngindən sonra getdiyi villada 3 maskalı şəxs tərəfindən tutularaq girov saxlanmış, pulu qəsb olunmuşdu. Huşu itənə qədər döyülən iş adamı daha sonra xəstəxananın qarşısına atılmışdı.


İş adamı girov götürənlərin onu videoya çəkdiyini və görüntülərlə şantaj etdiyini bildirərək polisə müraciətindən sonra villaya əməliyyat təşkil olunub.

Mustafa Tayat İstanbul Polis İdarəsinin asayiş şöbəsindəki ifadəsində deyib: “Azərbaycanlı keçmiş işçim Lətifə M. mənə zəng etdi və dedi ki, Sabrina adlı özbək qadın var, anası çox varlıdır və sizinlə birlikdə iş qurmaq istəyir. Sarıyerdə görüşdük. Onlar bahalı maşınla gəldilər. Daha sonra qadının villasına getdik. Bu vaxt 3 maskalı başıma silah dayadı və məni zorla 2 gün girov saxladılar. 10 min türk lirəsi pulumu götürdülər. Məni videoya çəkdiklərini deyərək şantaj edib pul istədilər”.


İş adamının ifadəsindən sonra polis əməkdaşları əməliyyat təşkil edib. Əməliyyatın bir hissəsi olaraq M.Tayat onu şantaj edənlərə pulu vermək üçün razılığa gəlib. Pulu almağa gələn Şahin Kemal saxlanılıb. Dindirilmə zamanı özünü Sabrina kimi təqdim edən qadının əsl adının Muştary olduğu üzə çıxıb. Muştary S. və azərbaycanlı Lətifə M. polisin həyata keçirdiyi basqın nəticəsində saxlanılıb. Lətifə ifadəsində bildirib ki, Muştary Mustafa Tayatla iş barədə danışmaq istədiyini ona bildirib. O isə bu görüşü təşkil etmək üçün iş adamına zəng edib, girovgötürmə barədə əvvəldən məlumatsız olub. Polisin araşdırmaları nəticəsində Muştarynin özbək olduğu, anasının həqiqətən də varlı olduğu, istanbuldakı villanın kirayələndiyi məlum olub.

Muştary isə ifadəsində bildirib ki, iş adamını oğurlamaq fikri olmayıb, buna onu sevgilisi məcbur edib. Polis Muşyarynin sevgilisini tutmaq üçün axtarışlara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.