Türkiyə ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində başına mükafat qoyulan 3 PKK terrorçusu öldürülüb.
Axar.az Xəbər 7-yə istnadən məlumat verir ki, 300 min lirə mükafatla axtarışda olan Vəhdəddin Oyanıq və Şərifa Naşa Suriyada YPG-yə qarşı təşkil olunan əməliyyatlarda zərərsizləşdirilib.
Digər terrorçu isə iki həftə əvvəl Hakkari vilayətinin Dağlıca rayonunda pilotsuz uçan aparatların dəstəyi ilə təşkil olunan əməliyyatda öldürülüb.
Türkiyə Daxili İşlər Nazirliyi 28 yaşlı “Çekdar Zinar” kod adlı Əhməd İpəyin başına 1 milyon lirə mükafat qoymuşdu.