Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb

5-11-2016, 09:51           
Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb
Türkiyənin paytaxtı Ankara şəhərində naməlum şəxslər tərəfindən polis avtomobilinə hücum edilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Altundağ rayonunda baş verib. Dərhal avtomobildən düşən polislər havaya atəş açıblar.
Ankara Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi dərhal ərazidə xüsusi əməliyyata başlayıb. Əməliyyat zamanı əvvəlcə bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Lakin təhlükəsizlik qüvvələri hadisənin bir neçə nəfər tərəfindən törədilməsi ehtimalını da nəzərdən keçiriblər.
Bu səbəbdən ərazidə həyata keçirilən əməliyyat çərçivəsində 20 nəfər şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, əməliyyat bütün gecəni davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru