Topqapı Sarayında Osmanlı sultanlarının şəxsi otaqları ziyarətçilərin ixtiyarına verilib

Dünən, 08:31           
Topqapı Sarayında Osmanlı sultanlarının şəxsi otaqları ziyarətçilərin ixtiyarına verilib
Osmanlı tarixində xüsusi yeri olan Topqapı Sarayının hərəmxana bölməsində yerləşən I Əhmədin və III Muradın şəxsi otaqları restavrasiyadan sonra ziyarətçilərin istifadəsinə verilib.

Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Osmanlı dövrünün saray həyatını özündə əks etdirən otaqların divarlarında olan rəsmlər xüsusi diqqət çəkir.

Məlumat üçün qeyd edək ki, nadir memarlıq üslubu və gözəlliyi ilə seçilən Topqapı Sarayı 1985-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.