Avropa Türkiyə-Azərbaycan qardaşlığını həzm edə bilmir... - Necə də olmalı idi ki?

14-11-2016, 19:46           
Avropa Türkiyə-Azərbaycan qardaşlığını həzm edə bilmir... - Necə də olmalı idi ki?
“Türkiyə bu ilin aprelində Dağlıq Qarabağda baş verən toqquşmalarda var səsiylə Azərbaycanı dəstəklədi”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatında deyilir.

Hesabatın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı hissəsində qeyd edilir ki, Türkiyə aprel döyüşlərində Azərbaycana açıq dəstək nümayiş etdirib.

Hesabatda, həmçinin Avrokomissiya Türkiyəni seçki sistemi və siyasi partiyaları Aİ standartlarına uyğun inkişaf etdirməməkdə tənqid edib.

Eyni zamanda Türkiyə hökumətinin 1915-ci ilə “erməni soyqırımı”nın tanınmasına daim sərt reaksiya verməsi qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.