Türkiyə Avropa Birliyinə üzv olmaqdan vaz keçir – Ərdoğan bir ay vaxt verdi
14-11-2016, 21:24
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədəki Millət Mədəniyyət və Konqres Mərkəzində keçirilən “Milli Kənd Təsərrüfatı Layihəsi” konfransında çıxış edib.
Avropa.info xəbər verir ki, Ərdoğan çıxışı zamanı Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə də toxunub.
Avropa Birliyini sərt tənqid edən Ərdoğan məsələ ilə bağlı ilin sonuna qədər gözləməyi planlaşdırdıqlarını açıqlayıb.
“İndi Qərb edama yox deyir. Qərbə səslənirəm; Ey Qərb! Bu millətin taleyi sizin əlinizdə deyil. Bu millətin taleyi bizim əlimizdədir. Kimsən sən? Orada bir parlamentin sədrisən. 53 ildir Türkiyəni Avropa Birliyinə qəbul etməyən, necə olur ki, Türkiyə haqqında belə bir qərar verir? Türkiyədə bəziləri ilə həyata keçirdiyiniz fırıldaqlar bu millət adına deyil. Bu millət öz göbəyini özü kəsər. Siz əvvəl verdiyiniz vədləri yerinə yetirin. Siz əvvəl oralarda terror təşkilatlarının nümayəndəliklərini təmizləyin. Hal-hazırda hər tərəfdə terror təşkilatının agentləri at oynadır. Onlara hər cür dəstəyi verəcək, ondan sonra da durub Türkiyəyə AB ilə bağlı müzakirələr dayandırıla biləcəyini deyiəcəksiniz? Siz gecikmişiniz. Dərhal qərarınızı verin. Bu ilin sonuna qədər səbir edək, ondan sonra millətin fikrini soruşaq. İngiltərə də belə etdi Siz verdiyiniz heç bir sözü tutmadınız. Biz sizinlə hara gedəcəyik”.