Məşhur türk haker qrupu "Ayyıldız Tim "PKK-nın bütün saytlarını ələ keçirdi
12-12-2016, 10:40
Türk haker qrupu Ayyıldız Tim separatçı terror təşkilatı PKK-ya dəstək verən çoxsaylı hesab və saytı dağıdıb. Avropa.info xəbər verir ki, məşhur haker qrupu Ayyıldız Tim başda PKK olmaqla terrora dəstək verən və terror təbliğatı aparan bir çox sayta kiber hücum təşkil edib. PKK dəstəkçisi olduğu məlum olan çox sayda səhifəni ələ keçirən Ayıldız Tim, bu səhifə və saytlarda antiterror paylaşımları edib. Haker qrupu ələ keçirdiyi bütün sayt və səhifələrdə Qurani Kərimin Ali İmran Surəsinin bu ayəsini paylaşıb: “De ki: Ey kafirlər, məğlub olacaqsınız və toplanıb cəhənnəmin dibinə qovulacaqsınız”. Qrup eyni zamanda türk əsgər və polislərinə də salam göndərib.