Türkiyədə yeni bir dərin dövlət yaradılacaq – Millət vəkilindən sensasion açıqlama

12-12-2016, 17:55           
Türkiyədə yeni bir dərin dövlət yaradılacaq – Millət vəkilindən sensasion açıqlama
Türkiyədə yeni bir dərin dövlət qurulacaq və AKP millət vəkili Şamil Təyyar dərin dövlətin pis bir şey olmadığını söyləyib.
Avropa.info xəbər verir ki, Türkiyənin öz dərin dövlətinin olması lazım olduğunu vurğulayan Şamil Təyyar “Türkiyədə yeni bir dərin dövlət yaradılacaq və bunlar millətdən əmr alacaq” deyə bildirib.
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) Gaziantep millət vəkili Şamil Təyyar iştirak etdiyi bir televiziya proqramında məsələ ilə bağlı mühüm açıqlamalar verib.
“Dərin dövlət pis bir şey deyil. Türkiyə kimi bu çətin coğrafiyada bir ölkənin mütləq dərin dövlətinin olması lazımdır. Öz küllərindən özünü meydana gətirən bir dövlət anlayışını ifadə edir bu. Amma təəssüf ki, dərin dövləti ələ keçirən bürokratik oliqarxiya, bunu öz iqtidarının vasitəsi olaraq görüb. İndi deyirik ki, Türkiyədə yeni bir dərin dövlət yaradılacaq və bunlar millətdən əmr alacaq.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.