Şöbə müdürü Atatürkü təhqir etdi FOTO

18-06-2015, 23:07           
Şöbə müdürü Atatürkü təhqir etdi FOTO
Türkiyədə Təhsil Şöbəsinin müdiri Mustafa Kamal Atatürkün öldükdən sonra cəhənnəmdə olmasına işarə edən foto paylaşıb.

Axar.az xəbər verir ki, Bursa İnegöl Milli Təhsil Şöbəsinin müdiri Mustafa Karaaslan Ramazan bayramının gəlişi ilə əlaqədar oruc tutmayanlara fotolu mesaj göndərib. Sosial şəbəkə vasitəsilə paylaşılan fotoda Türkiyə Cümhuriyyətinin banisi M.K.Atatürkün şəkli və onun ifadə etdiyi “iddia edilən” sözlər yazılıb. Fotonun üzərində bu sözləri qeyd edilib:

“İstidir deyə orucunuzu pozmayın, bura daha da istidir”.

Təhsil Şöbəsinin müdiri Atatürkün fikirləri kimi verdiyi bu sözlərlə Mustafa Kamalın cəhənnəmdə olduğunu sətiraltı duyurmaq istəyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.