Süleyman Dəmirəlin dəfn mərasimi başladı

19-06-2015, 11:59           
Süleyman Dəmirəlin dəfn mərasimi başladı
Türkiyə siyasi tarixinin yarım əsrində müxtəlif vəzifələri tutan 9-cu prezidenti Süleyman Dəmirəl bu gün son mənzilinə yola salınır

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vida mərasiminin ilk hissəsi Ankaranın Güniz küçəsindəki evinin qarşısında, ikinci hissəsi isə Türkiyə Böyük Millət Məclisində keçiriləcək.

Yerli vaxtla saat 08:00-də Süleyman Dəmirəlin cənazəsi evinə gətirilib. Parlamentdə Süleyman Dəmirəl üçün dövlət mərasimi təşkil ediləcək.

Cənazə daha sonra Kocatepe Məscidinə aparılacaq. Cümə namazından sonra cənazə namazı qılınacaq. Dəmirəlin cənazəsi saat 15:00-da Esenboğa hava limanından dəfn olunması üçün İspartaya göndəriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.