AKP ilə MHP arasında koalisiya düstürü həllini tapır

19-06-2015, 15:12           
AKP ilə MHP arasında koalisiya düstürü həllini tapır
Türkiyədə seçki sonrası koalisiya müzakirələri davam etməkdədir. Son olaraq bildirilir ki, MHP ilə koalisiya qurulmasına normal yanaşan AKP, məsələ ətrafındakı maneələri aradan qaldırmaq istəyir. Bunun üçün hazırlıqların da başlandığı bildirilir.
Bildirilir ki, AKP həll prosesinin sona çatmasına deyil, “bütün vətəndaşlar üçün demokratikləşmə” məsələsini önə çəkəcək. Dörd nazirlə bağlı isə Məclis müzakirə aparacaq. Qeyd edilir ki, AKP daha çox MHP ilə koalisiya seçimi üçün müzakirələr aparır. AKP rəsmiləri MHP-nin koalisiya üçün önə sürdüyü 3 şərtin çətinlik olmadan necə həllini tapacağını müzakirə edirlər. Bildirilir ki, AKP dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mövqeyini müzakirə etməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.