Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı

13-12-2019, 10:28           
Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı
Bir neçə həftə əvvəl Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı Rusiyanın Suriyadakı Hmeymim aviabazasına “yolverilməz həddə” yaxınlaşıb. Nəticədə Rusiya bazanı qoruyan S-400 “Triumf” zenit-raket kompleksini döyüşə ən yüksək hazırlıq vəziyyətiə gətirib. Bu o deməkdir ki, hər an təyyarəyə atəş açıla bilərdi.


Virtualaz.org xəbər verir ki, insident haqda İsrailin “Nziv” nəşri yazır. Bildirilir ki, S-400 komplekslərinin adətən pasiv rejimdə işləyən radarları qəfildən aktivləşib və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi bunu qeydə alıb.

“Noyabrın 22-də Britaniya HHQ-nin “Eurofighter Typhoon” qırıcısı yolverilməz həddə “Hmemim” aviabazasına yaxınlaşıb. Nəticədə Rusiya Hava Hücumundan Müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, təyyarənin koordinatları və hansı tip qurğuları işə saldığı qeydə alınıb”,-məlumatda bildirilir.

Britaniya qırcısının Suriya hava məkanına daxil olub-olmadığı haqda heç nə deyilmir, amma ehtimal edilir ki, təyyarə Rusiya bazasından bir neçə saniyəlik uçuş məsafəsində olub.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru