"Hər şeyi yoluna qoymalıyıq" - Rusiyadan Azərbaycanla bağlı açıqlama

30-06-2025, 15:22           
"Hər şeyi yoluna qoymalıyıq" - Rusiyadan Azərbaycanla bağlı açıqlama
"Rusiya çoxlarının məhv etməyə çalışdığı Azərbaycanla dostluq münasibətlərini saxlamağın yollarını tapacaq".

"DogruXeber.az" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

"Düşünürəm ki, bu məsələ həllini tapacaq. Biz hər şeyi yoluna qoymalıyıq. Əminəm ki, biz çoxlarının bəzən məhv etməyə çalışdığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq və bunun üçün səbəb axtaracağıq", - Çepa bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru