Yadplanetlilərə hansı mesaj göndərilib?

30-06-2025, 12:38           
Yadplanetlilərə hansı mesaj göndərilib?
NASA 1977-ci ildə potensial yerdənkənar sivilizasiyalar üçün xüsusi mesaj göndərib.

"IFLScience" xəbər verir ki, hazırda "Voyager 1" bəşəriyyətin ən uzaq kosmik obyektidir.

Bu zondda Yer planetinə aid məlumatların və səslərin qeydə alındığı qızıl val, eləcə də bəşəriyyətin harada və necə olduğunu göstərən təsvirlər var. Burada həmçinin DNT-nin strukturu və günəş sistemi haqqında məlumat verən yüzdən çox təsvir yer alır. Digər şəkillərdə heyvanlar, bitkilər və s. göstərilir. Şəkillərin çoxuna izahatlar əlavə edilib.

Səslərə gəlincə, valda insan gülüşü, qatarların və avtomobillərin səsi, eləcə də müxtəlif heyvanların çıxardığı səslər, dünyanın müxtəlif xalqlarının musiqiləri, o cümlədən məşhur dünya hitləri, 55 dildə insanların salamları yazılıb.

Qeyd edək ki, "Voyager 1" hazırda Yerdən təxminən 25 milyard km uzaqlıqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru