II və III ixtisas qrupu üzrə imtahanların keçiriləcəyi tarix AÇIQLANDI

7-08-2020, 18:12           
II və III ixtisas qrupu üzrə imtahanların keçiriləcəyi tarix AÇIQLANDI
II və III ixtisas qrupları üzrə cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları avqustun 13-14-də keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, həmin günlərdə I-IV ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı,– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə Azərbaycan və ya rus dili imtahanları keçiriləcək.

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası, aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək bir nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Bildirək ki, imtahana buraxılış vərəqələri imtahandan beş gün əvvəl DİM-in saytında yerləşdiriləcək.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.