Bakı metrosunda nasazlıq yaranıb - Rəsmi AÇIQLAMA

17-09-2019, 10:16           
Bakı metrosunda nasazlıq yaranıb - Rəsmi AÇIQLAMA
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Teref.az oxu.az-a istinadla xəbər verir ki, qatar “Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında tuneldə qalıb.

Stansiyaya çatan qatarların qapıları yeddi dəqiqə açılmayıb. İlkin məlumatlara görə, bir neçə sərnişinin halı pisləşib.

Eyni zamanda, metronun “Xalqlar Dostluğu” stansiyasında da qatar bir neçə dəqiqə gecikib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq problem aradan qaldırılıb:

“Səhər saatları olduğu üçün metronun bir neçə stansiyasında sərnişin sıxlığı müşahidə edilir. Qatarın yubanmasına səbəb sərnişinlərin qatarın qapılarını saxlaması olub. Sistemdə yaranan problem səbəbindən vaqonda işıqlar sönüb. İntervalda üç dəqiqəyə qədər gecikmə olub.

Hazırda qatarların interval üzrə hərəkətinin bərpa edilməsi üçün işlər görülür. Hər iki stansiyada problem eyni səbəbdən baş verib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru