“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO

Bu gün, 00:07           
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!” layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub.

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsil istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır”, - deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.

Qeyd edək ki, “Hüquqlarınla parla!” təşəbbüsü “Nar” və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı, bərabər imkanların yaradılması və inklüziv cəmiyyət istiqamətlərində davamlı sosial layihələr həyata keçirir.

Nar.az saytına daxil olaraq mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat ala və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru