İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ Bu gün, 00:11 İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Mderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Benqkulu şəhərindən 176 km şimal-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. Facebook-da paylaş