Polşa prezidenti NATO qüvvələrinin ölkədə yerləşdirilməsinə razılıq verdi

Bu gün, 07:54           
Polşa prezidenti NATO qüvvələrinin ölkədə yerləşdirilməsinə razılıq verdi
Polşa prezidenti Karol Navrotski NATO-ya üzv dövlətlərin qoşunlarının ölkəyə yerləşdirilməsinə razılıq verən qətnamə imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Milli Təhlükəsizlik Bürosuna istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Şimali Atlantika Alyansına üzv dövlətlərin hərbi qulluqçuları "Şərq keşikçiləri" əməliyyatı çərçivəsində Polşaya gələcəklər.

“Prezidentin fərmanı məxfidir”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşaya 20-yə yaxın pilotsuz uçüş aparatı düşüb. Baş nazir Donald Tusk buna görə Moskvanı ittiham edib. Rusiya tərəfi bunu təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru