Ş.L. Mönteskye "İran məktubları"
Bu gün, 08:04

"Dünyanın heç bir xalqı fatehlik və əzəmət baxımından türklərlə yarışa bilməz. Bu xalq kainatın əsl hökmranıdır: bütün başqa xalqlar sanki onlara qulluq etmək üçün yaranıb. Bu xalq həm imperiyalar yaradır, həm də qarşısına çıxan bütün imperiyaları dağıdır.
Türklər tarixin bütün dövrlərində dünyanı öz qüdrətləri ilə sarsıtmış, həmişə başqa xalqların qənimi olmuşlar. Onlar Çini 2 dəfə fəth ediblər, hətta Moskvanı diz çökdürüblər. Kirin və Histapsın taxtında oturanlar-Persiyanın hökmdarı da türklərdir (Kitabdankənar qeyd: burada Persiyanın hökmdarı deyəndə Səfəvilər Dövləti nəzərdə tutulur-yəni azərbaycan türkləri. Azərbaycan türkləri və digər türklər Persiya adlanan ərazini 1300 ildən çox idarə ediblər) .
Onlar türk adlanıb Avropada, Asiyada, Afrikada nəhəng fəthlər sayəsində dünyanın 3 qitəsində ağalıq edirlər və tarixini bilmədiyimiz xeyli sayda dövlətlər qurublar.
Əgər qədim zamanlara nəzər salsaq görərik ki, Roma İmperiyasını darmadağın edənlər də onların nəslindəndir. Müqayisə etsək görərik ki, Çingizxanın fəthlərinin yanında Makedoniyalı İsgəndərin qələbələri heç nədir. Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar...
Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanaraq, keçmiş qələbələrini əbədiləşdirmək barədə düşünmür. ".
Fransız maarifçi və filosof Ş.L. Mönteskye "İran məktubları" əsəri.
Azərbaycanlıların səhifəsi
TEREF