Azərbaycanda feminizmin ilk mətbuat orqanı 1911-ci ildə nəşrə başlayan “İşıq” qəzeti olmuşdur
Bu gün, 00:09

Bir çoxlarımızın məlumatı yoxdur ki, Azərbaycanda feminizmin ilk mətbuat orqanı 1911-ci ildə nəşrə başlayan “İşıq” qəzeti olmuşdur, qəzetin 1912-ci ilə qədər 68 nömrəsi çıxmışdır.
Qəzetin ilk nömrəsi 1911-ci il yanvarın 22-də Bakıda işıq üzü görmüşdür. Dövrü, məkanı və çətin ictimai-siyasi vəziyyəti nəzərə alsaq yaradıcısı qadın olan və hədəfi qadın hüquqları uğrunda mübarizə və maarifləndirmə olan bir mətbuat orqanı bu zaman üçün bir hadisə, bir inqilab idi. Halbuki o zaman bütün islam coğrafiyasında "qadın hüquqları" adlı anlayış yox idi.
Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün Şərq və dünya ictimai-siyasi həyatında mühüm dönüş nöqtəsi idi.
Çünki o dövrdə dini cəhalət və qadınlara qarşı sərt basqılar cəmiyyətdə hələ də güclü şəkildə hökm sürürdü.
Belə bir mühitdə qadın səsini, qadın haqqını müdafiə edən qəzetin çıxması əsl cəsarət nümunəsi idi.
Bu qəzetin yaranmasında böyük əmək sahibi maarifçi qadın Şəfiqə xanım Əfəndizadə idi.
Şəfiqə xanım Əfəndizadə Azərbaycanın ilk qadın jurnalisti və redaktoru kimi tarixə düşmüşdür.
O, həyatını qadınların maariflənməsinə, cəmiyyətdə layiqli yer tutmalarına həsr etmişdir.
“İşıq” qəzetinə dövrün görkəmli maarifçiləri – Üzeyir Hacıbəyli, Məmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev kimi ziyalılar da mənəvi dəstək göstərmişlər.
Qəzetin səhifələrində qadınların təhsilə, ictimai həyata cəlb edilməsi məsələləri müzakirə olunurdu.
Bu baxımdan, “İşıq” bir çox Avropa ölkələrindən belə önə keçərək, İslam Şərqində qadın azadlığı mövzusunda çıxan ilk qəzetlərdən biri olmuşdur.
Azərbaycan qadınlarının səsini dünyaya çatdıran bu nəşr həqiqətən tarixi hadisə idi.
Bir azərbaycanlı kimi mən bu faktla qürur duyuram, çünki xalqımızın qadın haqlarına verdiyi önəm çox erkən dövrdə özünü göstərmişdir.
Azərbaycan yalnız feminizmdə deyil, digər sahələrdə də ilkə imza atmışdır.
1918-ci ildə Şərqdə ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini quran da bizim xalqımız olmuşdur.
Həmçinin Azərbaycan qadınları müsəlman Şərqində ilk dəfə olaraq seçki hüququ qazanmışdır.
Elm və mədəniyyət sahəsində də ilk opera, ilk teatr, ilk mətbuat nümunələri məhz Azərbaycanda yaranmışdır.
Bütün bunlar göstərir ki, Azərbaycan milləti maarifçilik və tərəqqi yolunda öncüllərdən olmuşdur.
“İşıq” qəzetinin işığı təkcə o dövrü deyil, sonrakı nəsilləri də aydınlatmış, cəmiyyətə azadlıq və bərabərlik ideyalarını aşılamışdır.
Bu gün biz həmin irsə söykənərək elmli, mədəni və demokratik dövlətimizi daha da gücləndirməliyik.
Bu gün hər bir Azərbaycan qadını Şəfiqə xanım Əfəndizadədən örnək götürməlidir.
Джавид Дамирли
TEREF