KİV: "Mossad" Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

Bu gün, 12:44           
KİV: "Mossad" Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib
İsrailin "Mossad" kəşfiyyat agentliyi Qətərin paytaxtı Dohada HƏMAS rəhbərlərinin öldürülməsi üçün nəzərdə tutulmuş yerüstü əməliyyatı keçirməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bunu "Washington Post" yazır.

Agentliyin fikrincə, əməliyyat atəşkəs danışıqlarının uğursuzluğuna səbəb ola və Yaxın Şərqdə əsas vasitəçi olan Qətərlə münasibətlərə ziyan vura bilərdi.

Bunun əvəzinə İsrail hava zərbələri endirməyə məcbur olub. Lakin Dohaya zərbə uğursuz olub. HƏMAS-ın yüksək rəhbərliyindən heç kim məhv edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru