Mərkəzi Nəbatat Bağında təlim keçirildi

Bu gün, 17:01           
Mərkəzi Nəbatat Bağında təlim keçirildi
Yenidənqurma və genişləndirmə işlərindən sonra 2024-cü ilin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirakı etdiyi Mərkəzi Nəbatat Bağı ziyarətçilərin rahatlığı ilə yanaşı, təhlükəsizlik və qorunma məsələlərinə də diqqət yetirir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs - Mərkəzi Nəbatat Bağının təşəbbüsü ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidməti ilə birgə yanğın-taktiki təlim keçirilib. Təlimin məqsədi yanğın zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, şəxsi heyətin bacarıqlarının artırılması və Bağ əməkdaşlarının ilkin davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi olub.
Təlim planına uyğun olaraq, baş vermiş şərti yanğın yerinə operativ şəkildə çatan yanğından mühafizə bölmələri Bağın əməkdaşları ilə birgə təxliyə, kəşfiyyat və yanğının söndürülməsi əməliyyatını icra ediblər.
Təlimdən sonra FHN əməkdaşları işçilərə yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır və sözügedən proqramda inkişafa dair bütün məsələlər öz əksini tapacaq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru