Atambayevin ailəsi evindən çıxarıldı - FOTOLAR

Bu gün, 00:13           
Atambayevin ailəsi evindən çıxarıldı - FOTOLAR
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Bişkek ətrafındakı Koy-Taş kəndindəki evindən çıxarılıb, bütün şəxsi əşyalar zorla evdən çıxarılaraq sifarişlə hazırlanmış konteynerə yerləşdirilib.

TEREF "Unikal"a istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının qızı Aliyə Şaqiyeva bildirib.

“Hazırkı hökumət Atambayevlər ailəsini gətirdikləri konteynerə atır... Bütün bir ordu ilə xəbərdarlıq etmədən ggəliblər və bizi yağışda küçədə qoyub”, - Şagiyeva İnstaqram səhifəsində yazıb.

Şaqiyevanın sözlərinə görə, onlara köçürülmə ilə bağlı icra aktı və ya digər sənədlər təqdim edilməyib. Həmçinin, sabiq prezidentin qızının iddia etdiyi kimi, bu məsələ ilə bağlı məhkəmə prosesi hələ də yekunlaşmayıb.

“Məhkəmənin hökmü və lazımi sənədlər olsa belə (yalnız Ali Məhkəmədən sonra şəhər məhkəməsi davam edir), o zaman qanunvericilikdə evdən çıxarılması üçün müəyyən müddət nəzərdə tutulub”, - deyə o, onlara vaxt verilmədiyini qeyd edib.

Keçmiş dövlət başçısının oğlu Kadırbek Atambayev də köçürülmə ilə bağlı münasibət bildirib. O, “Facebook” səhifəsində yazıb ki, ailəsi əmlaklarına görə məhkəməyə müraciət etmək niyyətindədir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru