Rusiyada müəllimi soymaq üçün öldürüb barmağını kəsdilər

27-10-2020, 09:23           
Rusiyada müəllimi soymaq üçün öldürüb barmağını kəsdilər
Rusiyanın Sank-Peterburq vilayətinin Frunzenski rayonunda müəllimin barmağı kəsilmiş vəziyyətdə meyiti tapılıb.

“Fontanka” xəbər verir ki, bu barədə ölən qadının vətəndaş nikahında olduğu 34 yaşlı əri polisə xəbər verib.

Onun sözlərinə görə, bir neçə gün evə getməyib. Evə getdiyi zaman yoldaşını ölü vəziyyətdə tapıb. O qeyd edib ki, qadın çılpaq və əlinin birində baş barmağı kəsilmiş vəziyyətdə yataqda olub.

İstintaq hesab edir ki, bu, ölən şəxsin telefonundakı kilidi açmaq üçün edilib. Cinayətkar onun hesabından pul çəkmək üçün bu vasitədən istifadə edə bilərdi. Ölüm səbəbi isə boğulma olub.

Öldürülən qadının hesabında külli miqdarda vəsaitin olduğu bildirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb.oxzu.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.