“Barselona” və “Bavariya” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

9-08-2020, 10:08           
“Barselona” və “Bavariya” Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, martdan təxirə salınan 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində son iki matç baş tutub.

Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar. İngiltərədəki ilk oyunda da qalib gələn “Bavariya” “Çelsi”ni yenərək 1/4 finala yüksəlib.

“Barselona” isə “Napoli”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi İtaliyada heç-heçə etdiyi rəqibi doğma divarlar arasında məğlub edib.

Qeyd edək ki, 1/8 finalın təxirə salınan digər iki matçı avqustun 7-də keçirilib.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 avqust
23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 4:1
Qollar: Levandovski, 10 (pen.), 84, Perişiç, 24, Tolisso, 76 – Abraham, 41
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. “Alyans Arena”
İlk oyun – 3:0

23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Lenqle, 10, Messi, 23, Suares, 45+1 (pen.) – İnsinye, 45+3 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru