“Özüm özümə nifrət edirəm ki…” – Mənsimov Şok video paylaşdı

17-09-2019, 11:06           
“Özüm özümə nifrət edirəm ki…” – Mənsimov Şok video paylaşdı
Palmali Holdinqin prezidenti Mübariz Mənsimov sosial şəbəkədə video paylaşıb və Azərbaycanda yol təsərrüfatı ilə məşğul olan qurumları tənqid edib.

Yenisabah.az bildirir ki, sözügedən video gəlinggətirdi mərasimindən çəkilib və yollar o qədər bərbad durumdadır ki, bəy gəlin maşını, onu müşayət edənlərin hamısı nəqliyyat kimi yük maşınlarından istifadə etməyə məcbur olublar. M. Mənsimov yazır:

“Bu videonu bir dostum mənə göndərdi. Bura Azərbaycanın cənub bölgəsi, Astaradır. Bu videoya baxdıqca, özüm özümə nifrət edirəm ki, biz hansı dövrdə yaşayırıq?

Bu gəlin karvanı Astaranın kəndlərinin birində çəkilib. Bu mənzərə Masallıda da var, Azərbaycanın başqa rayonlarda da.

Həqiqətən utanmırsınız?! Yol axı həm də mədəniyyətdir! Yox utanmırsız, mədəniyyətiniz yoxdur! Çünki siz mədəniyyəti mədə niyyətinizlə ölçürsünüz. Başınız xarici səfərlərə, butik və ya 7 ulduzlu otellərə o qədər qarışıb ki, özünüzə əziyyət verib buralara gələ bilmirsiz. Bura gəlmək ayıbdır sizin üçün.

Öz imarətləriniz orada olsaydı əminəm ki, istər kənd olsun, istər mərkəz yol şüşə kimi olardı. Yol nədi, hələ ətrafında bütün infrastrukturlar da...

Hə, həm də orada axı lovğalana bilməyəcəksiniz. Nə siz, nə də sizin ailələriniz. Buranın havası başqadır! Sizin oynadığınız hava başqa. O qulaqardı etdiyiniz sərəncamlardan ayrılan pullar da havada. Bir gün gələcək siz məmurlar özünüz də havada qalacaqsız, buna əmin olun. Onda görüm xalqın qarşısında nə cavab verəcəksiniz? Hanı o bölgəyə baxan məmurlar? Bölgədən seçilən millət vəkilləri? Yola nəzarət edən departamentlər? Aldığınız rüşvət və oğurladığınız xalqın pulları boğazınızda qalacaq. Buna son qoyulmalıdır!

Rüşvət alan məmur ya edam ya da ömürlük həbs cəzası almalıdır. Və ailələri heç bir zaman dövlət işinde vəzifə almamalıdır!

Adım kimi əminəm ki, bu cəzalardan sonra rüşvətə son qoyular. Yolunuza baxın! Yolçu olmayın!”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.