İlham Əliyev Kərəm Həsənovun çəpərləməsini necə sökdü? – Müdhiş xəyanətin detalları…VİDEO

8-08-2020, 19:06           
İlham Əliyev Kərəm Həsənovun çəpərləməsini necə sökdü? –
Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri, prezident köməkçisi Kərəm Həsənovun adı növbəti qanunsuzluqda hallanır.
Reportyor.info-nun verdiyi məlumata görə, onun böyük bir özbaşınalığının üstü açılıb və K.Həsənov dövlət başçısının qəzəbinə tuş gəlib.
Elektron mediada gedən xəbərlərdə iddia olunur ki, keçmiş komitə rəhbərinin Yasamal rayonunda geniş bir ərazini qanunsuz olaraq hasarlayıb, hissələrə bölərək peşkəş etməsi dövlət başçısına çatdırılıb.
Bu hadisə xeyli vaxt əvvəl olub, o zaman K.Həsənov komitə sədri idi. Həmin dövrdə onun MTN şefi Eldar Mahmudovla əlaqələri də pis olmayıb.
Uzun müddət MTN çetesi ilə işbirliyinə görə “quyruğu qapı arasında” qalmış K.Həsənovun vəzifədən çıxarılması gözlənilən idi. O dövrdə komitə sədri media emissarları hesabına Mahmudov bandası ilə bağlılığı haqda informasiyaları ört-basdır etmiş, başı üzərindən kabus çəkilmişdi.
Bu xəyanəti siyasi rəhbərliyi möhkəm qəzəbləndirmişdi. Ondan əvvəl isə həmyerlisi, karyerasında mühüm rol oynamış eks-nazir Fərhad Əliyevi istintaqa satmasına görə hakim elitada gözdən düşmüş K.Həsənov son illərdə mövqeyini möhkəmləndirməyə çalışırdı.
Onun sui-qəsd edilmiş keçmiş zalım icra başçısı Elmar Vəliyevlə qohumluğu da işlərini korlayırdı, dayaqlarını sarsıdırdı.
Nəhayət, əmlak komitəsi ondan alındı və Prezident Administrasiyasında “dişsiz” bir post tutaraq portfelsiz məmura çevrildi.
Lakin göründüyü kimi, onun qanunsuz hərəkətləri bir-bir üzə çıxmaqda, ölkə rəhbərliyinin ondan yenidən narazı qalmasına səbəb olmaqdadır.
Mediada yayılan məlumatlarda deyilir ki, prezidentin Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olarkən toxunduğu detallarda söhbət elə K.Həsənovdan gedirmiş.
Sitat: “O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur.
Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin…”
KİV-lər xəbər verir ki, dövlət başçısı ölkədə nə baş verdiyini, hansı məmurun qanunsuzluq etdiyini yaxşı bilir. İddialara görə, park üçün ərazini hasara alan və satışa çıxaran elə Kərəm Həsənovdur.
Kərəm Həsənov komitə sədri olduğu zaman bu kimi əməlləri ilə məşhur idi. Əldə etdiyimiz məlumata görə, park üçün nəzərdə tutulan ərazini qanunsuz olaraq satışa çıxaran məmur də məhz Kərəm Həsənov olub.
Bəli, niyə məmur səlahiyyətindən istifadə edərək istədiyi yeri hasarlamalıdır?! Və çəpərləmək azmış kimi, əraziləri qarış-qarış satmağa başlayıb. Əslində, Həsənov barəsində araşdırmalar aparılmalıdır.
Qeyd edək ki, ərazinin profilinə uyğun istifadəsi üçün meşə tipli park salınmasına start verilib. Dövlət başçısının müvafiq göstərişi var.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.